Xəbər lenti

Azərbaycanda zəncirvari qəza: ata öldü, iki qardaş yaralandı
Ölkə12:25 19.09.2013

Azərbaycanda zəncirvari qəza: ata öldü, iki qardaş yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 13:55 radələrində Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillərdən birində olan iki qardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb ataları isə dünyasını dəyişib.

Yol qəza hadisəsi Şəkinin Salman Mumtaz küçəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini 1990-cu il təvəllüdlü Hacıyev İsmayıl Məmməd oğlunun idarə etdiyi 99-DO-855 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə, Şəkinin Kiş kənd sakini İlyasov Bəhram Yasin oğlunun idarə etdiyi 55-BJ-725 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil toqquşub. Zərbənin gücündən "Mitsubishi" markalı avtomobil yol kənarında dayanmış 55-BA-839 dövlət nömrə nişanlı "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Mitsubishinin sürücüsü ilə yanaşı, onun sərnişini İlyasov Mənsur Yasin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Mitsubishi"idə olan digər sərnişin, 1951-ci il təvəllüdlü Şəkinin Kiş kənd sakini İlyasov Yasin İsgəndər oğlu hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində dünyasını dəyişən şəxs avtomobildə sıxışıb qaldığından hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunublar. Dünyasını dəyişən şəxs avtomobildən çıxarılaraq müvafiq orqanlara təhvil verilib.

Şahidlərin sözlərinə görə, hadisə "Mitsubishi" markalı avtomobil yük avtomobilini ötmək istəyərkən baş verib. İlkin ehtimallara görə hadisəyə səbəb yüksək sürət və ehtiyatsızlıq olub. Faktla bağlı Şəki şəhər rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Nəzərinizə çatdıraq ki, dünyasını dəyişən şəxs Şəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə fizika müəllimi işləyib".

Qaynar.info