Xəbər lenti

Azərbaycandakı bu fabrik satışa çıxarıldı
Ölkə17:29 13.04.2015

Azərbaycandakı bu fabrik satışa çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Gəncə-Qənnadı” SC-nin səhmlərinin 30,03%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə fins.az ƏMDK-ya istinadən xəbər verir. 
Məlumata görə, satışa müəssisənin 793926 səhmi çıxarılıb. Müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında qənnadı məmulatları və yaxud digər sənaye məhsullarının istehsalı, zəruri avadanlığın quraşdırılması, investisiyaların həcmi və müddətinə dair təkliflər nəzərdə tutulmalıdır. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 550 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısına dair müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində nəzərdə tutulmuş səhmlərə görə vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayənin həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci il mayın 11-nə qədər qəbul ediləcək. Təkliflər mayın 12-də qiymətləndiriləcək.
Xatırladaq ki, 2009-2013-cü illərdə müəssisənin səhmləri 4 dəfə investisiya müsabiqəsinə çıxarılsa da, onlar satılmayıb.
1973-cü ildən fəaliyyət göstərən fabrikin 53 işçisi var. Bu il aprelin 1-nə müəssisənin nizamnamə kapitalı 5 milyon 288,2 min manat, öhdəlikləri isə 567,8 min manatdır.
Qaynar.info