Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.
Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.
Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər.