Xəbər lenti

Azərbaycandakı erməni bu gün təhvil veriləcək
Ölkə06:51 10.04.2014

Azərbaycandakı erməni bu gün təhvil veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı bu gün qarşı tərəfə təhvil veriləcək.

Bunu Anspress-ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov söyləyib. O, bildirib ki, hazırda Dövlət Komissiyanın əməkdaşları və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hərbçilərlə birlikdə Qazax rayonundadırlar və hazırlıq işləri gedir.

“Günorta saat 1-2 radələrində onun öz ölkəsinə təhvil verilməsi prossesinin baş tutacağı gözlənilir. Hər şey erməni tərəfinin dəhliz verib-verməməsindən aslıdır”.

Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistanan gəlmiş Mamikon Xocayanla qohum olduğu məlum olub.

Qaynar.info