Xəbər lenti

Azərbaycandan ABŞ-a birbaşa aviareyslərin ilkin tarixi açıqlandı
Ölkə13:18 18.03.2014

Azərbaycandan ABŞ-a birbaşa aviareyslərin ilkin tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycandan ABŞ-a birbaşa aviareyslər bu ilin yayında və ya payızında açıla bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi tərəfindən Azərbaycan şirkətlərinə Birləşmiş Ştatlara birbaşa reyslər həyata keçirməyə imkan verən sertifikat verilib: "Təhlükəsizlik məsələləri üzrə daha bir neçə yoxlama keçirilməlidir. Bu məsələ problem yaratmamalıdır".

Diplomatın fikrincə, bu, Azərbaycan-ABŞ əməkdaşlığını nümayiş etdirən daha bir sahədir: "Hesab edirəm ki, biz faktiki olaraq əməkdaşlıq etdiyimiz və tərəqqiyə nail olduğumuz digər sahələri unutmamalıyıq".

Qaynar.info