Xəbər lenti

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı
Ölkə18:20 27.03.2017

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rosselxoznadzor” idarəsinin Dağıstan Respublikası üzrə mütəxəssisləri Rusiya Federasiyasının dövlət sərhədinin Dağıstan ərazisindəki "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gedən 16,2 ton pomidoru saxlayıblar.

Virtualaz.org bildirir ki, xəbəri idarənin mətbuat xidməti yayıb.

Bildirilir ki, saxlanmaya səbəb məhsulda zərərli karantin obyektinin- Cənubi Amerika tomat güvəsinin (TutaabsolutaPovolny) aşkar edilməsi olub.

Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərininə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.

Qaynar.Az