Dövlət Gömrük Komitəsi son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair yayılan məlumatlara münasibət bildirib. Məlumatlarda göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir.
Azərbaycan və Ermənistan arasında idxal-ixrac əlaqələri barədə İrəvanda nəşr olunan "Çorrord işxanutyun" qəzeti yazıb.
Qəzet yazır ki, guya Ermənistan Azərbaycandan mal idxal edir. Bu rəsmi məlumatdır. Məlum olur ki, Ermənistan malları Azərbaycandan idxal edir. Düzdür, idxalın həcmi olduqca əhəmiyyətsiz dərəcədədir, ancaq, bu, öz-özlüyündə diqqətçəkən faktdır. Ermənistan Maliyyə Nazirliyinin və Gömrük Xidmətinin statistik hesablamalarına görə, Azərbaycandan Ermənistana həyata keçirilən idxalın həcmi 2014-cü il üçün cəmi 600 dollar dəyərində olub. Ən çox xalça idxal edilib. Bundan başqa, aydın olur ki, Azərbaycandan Ermənistana xalçalar 2011-ci ildən gətirilir və 29.9 kv. m xalçanın qiyməti 8,5 min dollar təşkil edib.
Qaynar.info