DSX əməkdaşları dövlət sərhədinin pozulmasının qarşısını alıb.
DSX-nın Mətbuat Mərkəzindən Qaynarinfo-yya verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.
Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda "Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.
Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.