Xəbər lenti

Azərbaycandan quş əti qadağası
Ölkə12:19 22.06.2015

Azərbaycandan quş əti qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İranın Mazandaran şəhərindən Azərbaycana diri quş, quş əti məhsullarının, cücələrin, eləcə də damazlıq yumurtanın idxalı qadağan olub".

Bunu anspress-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib. 

O bildirib ki, qadağa İranda quş qripinin yayılması ilə bağlıdır: "Hazırda Azərbaycan üçün heç bir qorxulu təhlükə yoxdur. Qabaqlayıcı tədbirlər görmək məqsədi ilə belə bir qərar verilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova müvafiq sərəncam imzalayıb. Azərbaycanın xəstəlikdən qorunması üçün aidiyyatı qurumlara müraciət olunub", - deyə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Qaynar.info