Xəbər lenti

Azərbaycandan Rusiyaya qazın nəqli dayandırıldı
Ölkə06:26 19.01.2013

Azərbaycandan Rusiyaya qazın nəqli dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Rusiyanın «Qazprom» ASC-yə təbii qaz nəqlini 3 günlük dayandırıb. Buna səbəb qaz kəməri xəttində baş vermiş qəza olub

Azərbaycan Rusiyanın «Qazprom» ASC-yə təbii qaz nəqlini 3 günlük dayandırıb. Buna səbəb qaz kəməri xəttində baş vermiş qəza olub.

«Qazprom»un yaydığı məlumata əsasən, ötən gün Mozdok-Qazıməmməd magistral boru kəmərində «Şirvanovka» stansiyasında qaz sızması ilə bağlı aparılan təmir işləri ilə əlaqədar Azərbaycandan Rusiyaya qazın ixracı 3 gün müddətinə dayandırılıb. .

«RİA Novosti» agentliyinin verdiyi xəbərə görə, «Qazprom» 2010-cu ildən etibarən Azərbaycandan təbii qaz alır. Ötən il Rusiyanın aldığı qazın həcmi 1,6 mlrd. kubmetr təşkil edib.

 APA