Xəbər lenti

Azərbaycandan Rusiyaya ticarətə getmiş şəxsin avtomobili yandırıldı
Ölkə16:26 20.11.2016

Azərbaycandan Rusiyaya ticarətə getmiş şəxsin avtomobili yandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycandan ticarət etmək üçün Rusiyanın Arxangelsk şəhərinə gedən şəxsin furqon avtomobili yandırılıb.

Qaynarinfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində şəhərin Lomonosov prospektində, mərkəzi bazar yaxınlığında baş verib.

Hadisə yerində aparılan müayinə zamanı məlum olub ki, “Ford Tranzit”in sağ şüşəsi sındırılıb, yanğın salonun ön hissəsində baş verib. Alov yaxınlıqdakı “Nissan Qaşqay”a da keçib. “Ford”a ciddi ziyan dəyib.

Qaynarinfo.Az