Noyabrın 22-də Bakıda Almaniyanın MİTOST assosatiyası tərəfindən təşkil olunan və Robert Boş Ştiftunq, Qara Dəniz fondu və Almaniya Federal höküməti tərəfindən maliyyələşən Joint Civic Education-ın (JCE) Azərbaycandakı “Başla” proqramı çərçivəsində layihələrin təqdimat mərasimi keçirilib.
Qaynar.info xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının da tərəfdaş olduğu proqramın əsas məqsədləri gənclərin cəmiyyətdə bir vətəndaş kimi formalaşması, layihə yazmaq və həyata keçirmək bacarıqlarının formalaşması, gənclərin fərdi inkişafı və digər bacarıqlarının artırılmasıdır.
Tədbirdə paytaxt və regionları təmsil edən müxtəlif QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri, proqramın məzunları iştirak etdilər.
Tədbirdə çıxış edən proqram koordinatoru Zərif Bəkirova Joint Civic Educationın Azərbaycandakı proqramı haqqında geniş məlumat verib. O, bildirib ki, proqramda Azərbaycanın müxtəlif rayonlarından 20 gənc fəal iştirak edib. İl ərzində gənclərə üç təlim keçirilib. İlk təlimlər ideyaları formalaşdırmaq və layihələr hazırlamaq haqında olub. Bu da gənclərə fərdi layihələr yazmaq və kiçik qrantlar əldə etmək imkanları yaradıb. Kiçik layihələri həyata keçirən iştirakçılar qiymətləndirmə seminarında iştirak ediblər. Mərasimdə həyata keçirilmiş 8 layihənin təqdimatı da oldu. Tədbirin sonunda təlimçilərə və iştirakçılara sertifikatlar verildi.
Məlumat üçün onu da qed edek ki, bu proqram Azərbaycanda ilk dəfə olaraq 2012-ci ildə təşkil edilib. Proqram Qafqazı, Rusiya və Türkiyəni də əhatə etməklə beş ölkədə fəaliyyət göstərir.