Xəbər lenti

Azərbaycanı təmsil edən ukraynalı atlet Olimpiadada 3-cü medalını qazandı
İdman11:03 14.09.2016

Azərbaycanı təmsil edən ukraynalı atlet Olimpiadada 3-cü medalını qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Qaynarinfo.Az xəbər verir ki, bu gün Azərbaycanı təmsil edən ukraynalı atlet Yelena Çebanu Braziliyada növbəti sınağına çıxıb.

Atası moldovalı olan Çebanu uzunluğa tullanma yarışlarında qüvvəsini sınayıb. İdmançımız 8 nəfərdən ibarət final yarışlarında çıxış edib. Ən yaxşı nəticəsi 5,56 metr olan Çebanu bununla gümüş medala layiq görülüb.

Qeyd edək ki, Y.Çebanu Rioda daha öncə 100 metr məsafəyə qaçış üzrə gümüş, 200 metr məsafəyə qaçış yarışlarında isə bürünc medal qazanmışdı. Beləcə, Çebanu Rioda 3-cü, Azərbaycan yığması isə 8-ci medalına sahib çıxıb.

Qaynarinfo.Az