Xəbər lenti

Azərbaycanın 70 yaşlı bəy-gəlinləri...
Ölkə07:05 16.05.2016

Azərbaycanın 70 yaşlı bəy-gəlinləri...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı ilin 4 ayı ərzində nikaha daxil olan kişilərdə orta yaş həddi 29,5 yaş, qadınlarda 24,9 yaş olub.

Bunu modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, 2015-ci ildə nikaha daxil olan kişilərdə orta yaş həddi 29 yaş, qadınlarda isə 24,5 yaş olub.

"Eyni zamanda bildiririk ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.

2016-cı ilin ilk dörd ayaında qadınlar arasında 60 yaşdan yuxarı 21,70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb", - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Qayanrinfo.az