Xəbər lenti

Azərbaycanın axtardığı “Doktor Frankenşteyn” Amsterdamda 2 milyonluq villada tapıldı - FOTOLAR
Ölkə11:13 08.09.2014

Azərbaycanın axtardığı “Doktor Frankenşteyn” Amsterdamda 2 milyonluq villada tapıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan da daxil olmaqla bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan “Doktor Frankenşteyn” ləqəbli türkiyəli orqan alverçisi Yusuf Sönmez Amsterdamda görünüb.

Virtualaz.org “TagesWoche” adlı alman nəşrinə istinadən xəbər verir ki, insan orqanlarının alveri ilə məşğul olan beynəlxalq mafiyanın liderlərindən biri Yusuf Sönmezin izinə Serbiyanın xüsusi xidmət orqanları düşüb.

Məlum olub ki, beynəlxalq axtarışda olan Y.Sönmez Amsterdam ətrafındakı 2 milyonluq villada yaşayır.

Serbiya hakimiyyəti onun həbs edilməsi üçün Hollandiya hüquq-mühafizə orqanlarına sorğu göndərsə də “Doktor Frankenşteyn” hələ də azadlıqladır.
Hazırda Kosovo tərəfindən də axtarılan Y.Sönmezin Amsterdamdaolduğu haqda bundan əvvəl Avropa İttifaqının Priştinadakı hüquqmissiyasının rəhbəri, prokuror Conatan Reytel də bildirmişdi. C.ReytelY.Sönmezin saxlanılması üçün Hollandiya hakimiyyətinə müraciət etmişdi.
Alman nəşri yazır ki, Y.Sönmez böyrək transplantasiyasıəməliyyatlarını Kosovonun paytaxtı Priştinadakı “Medicus” klinikasındahəyata keçirib. Burada çıxardığı böyrəkləri 80-100 min avro arasıqiymətlərə əsasən İsraildən olan alıcılara satıb. Y.Sönmezin müştəriləriarasında həmçinin Almaniya, Polşa və Kanada vətəndaşları da olub.
2008-ci ildə Priştina aeroportunda Yılmaz Altun adlı şəxsinpaltarının altından qan axdığını görərək onu saxlayıblar. Məlum olub ki,bu şəxs az əvvəl böyrəyini çıxartdırıb, əməliyyatı Yusuf Sönmez özüşəxsən həyata keçirib. Lakin sonradan Yılmaz Altundan “DoktorFrankenşteyn”in əleyhinə ifadə almaq mümkün olmayıb - o, yoxa çıxıb.
Bildirilir ki, Yılmaz Altun adlı şəxslə bağlı fakt keçmişYuqoslaviyaya dair beynəlxalq cinayət məhkəməsinin yüksək rütbəli Kosovosiyasətçilərinin, o cümlədən Kosovo albanlarının lideri Haşim Taçininbarəsində hazırlanan dosyesində yer alır. Yusuf Sönmez Haşim Taçininadamı hesab olunur və onun adı Avropa Şurasının xüsusi məruzəçisi DikMartinin də hesabatında yer almışdı.
Hesabatda deyilirdi ki, Haşim Taçinin adamları 90-cı illərinortalarında Balkanlarda gedən münaqişə zamanı əsir götürülmüş serblərindaxili orqanlarını Y.Sönmezin işlədiyi klinikada çıxartdırıb və satıb,daha sonra əsirlər güllələnib.
Y.Sönmez insan orqanlarının alverinə görə dəfələrlə saxlanılsa dahər dəfə azadlığa çıxmağa nail olub. Sonuncu dəfə o, 2011-ci ildəİstanbulda saxlanılıb. Y.Sönmez ifadəsində göstərib ki, Kosovodanvalideynlərini görmək üçün İstanbula gəlib. O, girov müqabilindəazadlığa buraxılıb və tezliklə Türkiyəni tərk edib.
“TagesWoche” qeyd edir ki, Y.Sönmez Azərbaycan hüquq-mühafizəorqanları tərəfindən də axtarılır. 2006-cı ildə onun barəsində qanunsuztransplantasiya ittihamı üzrə cinayət işi qaldırılıb.
Buna baxmayaraq, Y.Sönmez son illərə qədər Azərbaycanda özəlklinikalarda orqan transplantasiyası əməliyyatları həyata keçirib.Azərbaycan telekanalları onu müntəzəm olaraq reklam edirdilər. 2010-cuildə Y.Sönməzin izinə Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasındadüşmək mümkün olmuşdu. O vaxt jurnalistlər müəyyən etmişdi ki, “DoktorFrankenşteyn” ayın müəyyən günlərində klinikaya gəlir və əməliyyatlaredir.
Y.Sönmezin əlaqələri olduqca genişdir və o, dünya üzrə orqan mafiyasının əsas liderlərindən biri hesab olunur.

Qaynar.info