Xəbər lenti

Azərbaycanın Beynəlxalq Ordu Oyununda iştiraka pul xərcləməsinə dəyərmi? – Hərbi ekspert
Ölkə12:02 24.08.2021

Azərbaycanın Beynəlxalq Ordu Oyununda iştiraka pul xərcləməsinə dəyərmi? – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Ordu Oyununda qalib gələcəyimiz təqdirdə uzaq başı bir tank bağışlayacaqlar. O tank bizə nə verəcək?”
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın təşəbbüsü ilə təşkil olunan  "ARMİ-2021” 7-ci Beynəlxalq Ordu Oyunlarında Azərbaycanın iştirakına toxunarkən söyləyib. 
Həmsöhbətimizin fikrincə, indiki məqamda belə oyunlara çox aludə olmamalı və vəsait sərf etməməliyik: 
"Burada tək hərbi oyunlardan söhbət getmir, digər siyasi amillər də mövcuddur. Rusiyanın diqtəsilə yaranan bu yarışlara Moskva gələcəkdə həyata keçirmək istədiyi məsələlərin bir elementi, vasitəsi kimi baxır. Qalib gələcəyimiz təqdirdə uzaq başı tank bağışlayacaqlar. O tank bizə nə verəcək? Azərbaycanin kifayət qədər tankı var. Gələcəkdə belə oyunlara ehtiyac qalmayacaq”. 
Ekspert düşünür ki, belə yarışlarla Azərbaycan Silahlı Qüvvələrini kiməsə təqdim etməyə ehtiyac yoxdur: 
"Böyük miqyasda götürəndə bu yarışlarda iştirak etməklə dövləti təmsil edirik. Qalib gəlməyimiz bir növ Azərbaycan Silahlı Qüvvələrinin reklamıdır. Amma bu gün Azərbaycan Ordusunun reklama ehtiyacı yoxdur. 44 günlük müharibə dövründə Ordumuz dünyanı lərzəyə salacaq və nümunə götürəcək nəticələr ortaya qoyub. Belə olan halda yaxın 10 ildə Azərbaycan Silahlı Qüvvələrinin kiməsə təqdim olunmasına ehtiyac yoxdur, o ki, qala MDB məkanı”.
Rüfət Sultan