Xəbər lenti

Azərbaycanın bu kəndi görməyənləri şoka salır - FOTO
Ölkə12:49 22.03.2015

Azərbaycanın bu kəndi görməyənləri şoka salır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxın Yuxarı Salahlı kəndində qədim bayramımız olan Novruzu digər bölgələrdən fərqli qeyd edirlər. Qaynar.info "Kəpəz TV"yə istinadən xəbər verir ki, həmin gün kənddən kənarda olanlar hamısı doğma Salahlıya qayıdır. 
Ən maraqlı anlar isə gecə düşəndə başlayır. Kəndin gəncləri müxtəlif paltarlar geyinərək, pariklər taxaraq musiqi sədaları altında qapı-qapı gəzib bayramlaşır, ev sahibindən bayram paylarını alırlar.
Artıq 20 ildir kənddə Novruz belə qeyri-adi formada qeyd olunur. Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib evlərə getməklə həm onları əyləndirir, həm də öz sevdikləri xanımları yaxından görə bilirlər. Kəndin hər tərəfindən alovlanan bayram tonqalları isə xüsusi gözəllik yaradır. Kəndlilər bu bayramı Salahlı karnavalı adlandırırlar. Səhər saatlarına qədər davam edən Salahlı karnavalı görməyənləri həqiqətən şoka salır.
Qaynar.info