Xəbər lenti

Azərbaycanın bu universitetində tələbələrə saqqal qadağası qoyuldu
Ölkə09:42 24.10.2018

Azərbaycanın bu universitetində tələbələrə saqqal qadağası qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.
Qaynarinfo-nun A24.Az-a istinadla verdiyi xəbərə görə, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.
Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirlər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.