Xəbər lenti

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılındı
Ölkə05:47 01.09.2017

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

"Qaynarinfo" “Report”a istinadən xəbər verir ki, bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.

Qaynarinfo.Az