
Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyin edilməsi məsələsi üzrə danışıqlar başa çatmayıb və sabah (20 may) davam edəcək.
Bunu Trend-ə İsrail hökumətindəki mənbə deyib.
Onun sözlərinə görə, danışıqları şənbə gününədək başa çatdırmaq planlaşdırılır və bununla bağlı böyük nikbinlik var, çünki əsas bəndlər üzrə razılaşmalar əldə olunub.
Yekun razılaşma əldə olunsa, gələn həftə Knessetin ilk iş günündə A.Liberman İsrailin yeni müdafiə naziri elan ediləcək.
Qeyd edək ki, Liberman 2013-2015-ci illərdə İsrailin xarici işlər naziri olub. O, Azərbaycanın İsraildə əsas tərəfdaşlarından hesab olunur.
Qaynarinfo.az