Xəbər lenti

Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alındı (FOTO)
Ölkə11:27 16.01.2019

Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədinin pozulmasının qarşısını alıb.
Qaynarinfo DSX-nın mətbuat mərkəzinə istinaən xəbər verir ki, ötən gecə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. 
Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılmış və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dər­hal məlumatlandırılıb, İİR sərhəd mühafizə orqanları tərəfindən hə­min istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.
Görülən tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.
Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.