Xəbər lenti

Azərbaycanın ən məşhur tərcüməçisi vəfat etdi
Ölkə06:24 19.02.2015

Azərbaycanın ən məşhur tərcüməçisi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış tərcüməçi Tehran Vəliyev dünyasını dəyişib. Mərhumun qardaşı Rafiq Vəliyevin APA-ya verdiyi məlumata görə, T. Vəliyev dünən axşam saatlarında dünyasını dəyişib.
O uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi bu gün öz evində keçiriləcək, Mehdiabad qəbristanlığında dəfn olunacaq. T. Vəliyev uzun müddət Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Qeyd edək  ki, o, C.D.Selincer və U.Folknerin Azərbaycanda ən yaxşı tərcüməçilərindən hesab olunurdu.
Qaynar.info