Xəbər lenti

Azərbaycanın ən reytinqli "Facebook" səhifələri hansılardır? - SİYAHI
Ölkə13:56 03.04.2014

Azərbaycanın ən reytinqli "Facebook" səhifələri hansılardır? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bütün dünyada olduğu kimi Azərbaycanda da "Facebook" sosial şəbəkəsi insanların hər gün saatlarla vaxt keçirdiyi əsas internet resursuna çevrilib.

"Facebook"da ən diqqəti çəkən məqamlardan biri də hər kəsin səhifə yaratmaq və bura çoxminli auditoriyanı toplamaq imkanıdır.
Fərdi adamlar və şirkətlər öz "Facebook" səhifələrini yaratmaqla daha geniş kütləyə xitab etməyə cəhd edirlər.

ABŞ, Avropa və qonşu Türkiyədə artıq milyonlarla üzvü olan belə səhifələr var.  Bəs Azərbaycanda belə böyük səhifələr varmı?

Qaynar.info sosial şəbəkələrin reytinqini qeydə alan beynəlxalq "Socialbakers" saytına istinadən xəbər verir ki, artıq Azərbaycanda da nəhəng səhifələr mövcuddur. Uzun illərin və gərgin əməyin bəhrəsi olan bu səhifələrdə yüzminlərlə azərbaycanlı üzv toplanıb.
reytinqin ilk 5- liyində yer alan səhifələrin hər birində ortalama 500 min üzv var.

Bu 5 səhifədən 4-ü fərdi, yalnız biri isə şirkət səhifəsidir.

Həmin siyahını təqdim edirik:

                                                                            
1  Azərbaycan        
Ümumi üzv - 550 min 125 nəfər
Linki: http://facebook.com/azerbaycan.baku        

2. Azerbaycan Respublikası        
Ümumi üzv - 486 min 648 nəfər
Linki: http://facebook.com/azresp   

3 . Azərbaycan                                  
Ümumi üzv: 479 min 549 nəfər
http://facebook.com/anavetenim

4.  Romantic                           
Ümumi üzv: 377 min 890 nəfər
Linki: https://www.facebook.com/romanticazerbaijan

5. Azerbaijan-Azerbaycan    
Ümumi üzv: 444 min 787 nəfər
Linki: http://facebook.com/azerbaycan1

Qaynar.info