Xəbər lenti

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - Rəsmi Bişkek
Ölkə18:36 12.09.2023

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - Rəsmi Bişkek

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağda baş vermiş hadisələrlə əlaqədar Qırğızıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir".
Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır", - deyə bəyanatda deyilir.