
Təşkilatdan Qaynar.info-ya istinadən verilən məlumata görə, konqres Fransanın paytaxtı Paris şəhərində keçirilib.
Tədbir çərçivəsində AGAT Avropanın Gənc Federalistləri Təşkilatına üzvlük üçün namizədliyini irəli sürüb. Təqdimat çərçivəsində AGAT barədə video çarx təqdim edilib. Təqdimatı konqres iştirakçıları və milli nümayəndələr maraqla qarşılayıblar. AGAT tam səs çoxluğu ilə ilkin mərhələdə üzvlüyə qəbul olunub. AGAT Azərbaycanda JEF-in rəsmi numayəmdəliyi kimi qeydiyyata alınıb.
Avropanın Gənc Federalistləri Təşkilatı Avropanın 30 ölkəsində fəaliyyət göstərir. Azərbaycandan bu qurumda təmsil olunan hazırda heç bir təşkilat yoxdur. Təşkilat Avropanın ictimai-siyasi proseslərində gənclər iştirakı ilə aktiv rol oynayır.
Qaynar.info