Azərbaycanın ikinci Liqasında komanda sayı artırılıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub. Qurumun baş katibi Sərxan Hacıyev iclasdan sonra mətbuat nümayəndələrinə açıqlamasında İkinci Liqada komanda sayının artırılmasını təsdiqləyib. Onun sözlərinə görə, say 12-dən 14-ə çatdırılıb.
Hacıyev Daxili İşlər Nazirliyinin təsisçisi olduğu "Dinamo" və Qusar "Şahdağ"ının turnirdə mübarizə aparacaqlarını vurğulayıb.
İkinci Liqada, həmçinin, "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz" komandaları da iştirak edəcəklər.
Səbuhi Həsənov