
Azərbaycanın ikinci telekommunikaisya peyki olan “Azerspace 2” nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır.
Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur.
Qaynar.info-nun AzərTAc-a istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə konfransda məlumat verib. Nazir müavini bildirib ki, hazırda nazirlik tərəfindən peykin uyğun texniki parametrləri müəyyən olunur , tenderlə bağlı əsas meyarlar müəyyənləşdirilir. Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. İlin sonunadək müvafiq qərar qəbul olunacaq.
Qaynar.info