Xəbər lenti

Azərbaycanın istehsal etdiyi hərbi maşın beynəlxalq sərgidə
Ölkə06:41 17.04.2013

Azərbaycanın istehsal etdiyi hərbi maşın beynəlxalq sərgidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» patrul maşını tam silahlandırılmış şəkildə sərgilənəcək.

Azərbaycan hərbi sənaye kompleksinin tarixində ilk dəfə olaraq ölkədə istehsal edilmiş hərbi nəqliyyat vasitəsi beynəlxalq sərgidə nümayişə çıxarılacaq.

 APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2011 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.

Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəcək.

Toyota HİLUX 12 modelinin bazasında hazırlanmış «Gürzə» 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.

Maşının heyəti sürücü və komandir daxil olmaqla 5 nəfərdir. 

Qaynar.info