
Ötən şənbə günü Azərbaycandakı cinsi azlıqların informasiya resursu LGBT-fəallarla birlikdə paytaxtda “mavilərin” rəmzi olan göyqurşağı bayrağı ilə birlikdə mini-aksiya keçiriblər.
Qaynar.info-nun oxu.az-a istinadən verdiyi xəbərə görə, tədbirin təşkilatçısı Baluxin Ruslanın sözlərinə görə, görüş dost şəraitdə və insidentsiz ötüşüb.
Qeyd edək ki, bu, Azərbaycanda LGBT-vətəndaşların paytaxtda belə bayraqla gəzintiyə çıxdıqları ilk haldır.
Xatırladaq ki, göy qurşağı bayrağı dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (qısa olaraq – LGBT), həmçinin onlara qarşı insan hüquqlarına dəstək hərəkatının beynəlmiləl rəmzidir.
Qaynar.info



