Xəbər lenti

Azərbaycanın PUA-ları şərti düşmən hədəflərini zərbələrlə məhv etdi (VİDEO)
Ölkə11:47 19.12.2023

Azərbaycanın PUA-ları şərti düşmən hədəflərini zərbələrlə məhv etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.