Xəbər lenti

Azərbaycanın qadın bayraqdarı da açıqlandı (FOTO)
İdman15:01 13.07.2021

Azərbaycanın qadın bayraqdarı da açıqlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.