Xəbər lenti

"Azərbaycanın rayonlarında elə aeroportlar var ki, bu gün heç biri işləmir"
Ölkə06:08 02.09.2021

"Azərbaycanın rayonlarında elə aeroportlar var ki, bu gün heç biri işləmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın rayonlarında aeroportlar var ki, bu gün onların heç biri işləmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, elə aeroportlar var ki, istifadəyə verilən gündən bir dəfə də olsun uçuş həyata keçirilməyib:
"Son vaxtlar bir neçə aeroport inşa edilib. Kimə və nəyə lazımdır? Baxın, əksər rayonlarda aeroportlar işləmir. 7-8 aeroport var ki, oradan son 5-6 ildə bir dəfə də olsun uçuş olmayıb. Məsələn, Naftalanda. Mən orada olanda maraqlandım, onun tikilib-istifadəyə verilməsinə külli miqdarda maliyyə vəsaiti xərclənib. İndi yenidən təmirə ehtiyacı var. Bu 7 ildə bir dəfə də olsun oradan uçuş həyata keçirilməyib. Bu məlumatları orada işləyənlərin özü deyir. Eləcə də Balakən rayonunda da biri tikilib. Nə ehtiyac var? Bunu ona görə edirlər ki, dövlət büdcəsindən maliyyə ayrılır və kimlərsə bundan oğurlayır”.
Bahar Rüstəmli