Xəbər lenti

Azərbaycanın şimal-qərb bölgəsinə 30 sm qar yağıb (FOTOLAR)
Ölkə10:01 30.03.2019

Azərbaycanın şimal-qərb bölgəsinə 30 sm qar yağıb (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın şimal-qərb bölgəsinə 30 sm qar yağıb.
ONA-nın məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Havanın hərarəti düzənliklərdə müsbət 4-0 dərəcəyə, dağlıq ərazilərdə isə mənfi 3-4 dərəcəyə qədər aşağı düşüb. Artıq iki gündür ki, yüksək dağlıq ərazilərə və dağ ətəyi kəndlərə qar yağır. Zaqatalanın dağ kəndlərində qarın hündürlüyü 5-10 sm təşkil edir.
Bölgədə ən çox qar Qax rayonun Sarıbaş və İlisu kəndlərinə yağıb. Bu kəndlərdə qarın hündürlüyü 30-40 sm-dir.
Mütəxəssislərin dediyinə görə, mart ayının sonunda havaların belə soyuq keçməsi erkən çiçəkləyən meyvə ağaclarında məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.