Xəbər lenti

Azərbaycanın şimalında zəlzələ oldu
Ölkə05:50 10.01.2014

Azərbaycanın şimalında zəlzələ oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə saatlarında 5 bal gücündə qeydə alınan yeraltı təkanlarla bağlı dağıntı və tələfat barədə məlumat verilmir

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. ANS PRESS Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Xəzərin Azərbaycan sektorunda 5 bal gücündə zəlzələ olub. İlkin məlumatlara əsasən, yeraltı təkanlar bu gecə saat 00:46-da qeydə alınıb.

Saytın bölgə müxbiri Aytəkin Alxaslının verdiyi məlumata görə, yeraltı təkanlar 30 saniyə müddətində şimal bölgəsində hiss olunub. Zəlzələni Quba, Qusar, Xaçmaz sakinləri aydın hiss ediblər. Tələfat və dağıntılar barədə məlumat verilməyib.


Qaynar.info