Xəbər lenti

Azərbaycanın tanınmış hakimi ağır vəziyyətdədir
Ölkə09:40 27.09.2017

Azərbaycanın tanınmış hakimi ağır vəziyyətdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağır Cinayətlər Məhkəməsinin hakiminin beyninə qan sızıb.

"Qaynarinfo" xəbər verir ki, tanınmış hakim Ənvər Seyidovun səhhəti ilə bağlı məlumatı afn.az saytı yayıb. 

Bildirilir ki, tanınmış hakim Ə.Seyidov dünəndən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hakimin vəziyyəti ağırdır, həyatı təhlükəsi olduğu bildirilir.

Qeyd edək ki, Ənvər Seyidov keçən ilin dekabrında hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilimişdi.

Qaynarinfo.Az