Xəbər lenti

Azərbaycanın UEFA reytinqində əmsalı artdı
İdman09:50 10.07.2026

Azərbaycanın UEFA reytinqində əmsalı artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Azərbaycanın UEFA ölkə reytinqində xal hesabını artırıb.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi bunu ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Vestri"yə qalib gəlməklə bacarıb. Komanda ölkə aktivinə 0.250 əmsal qatıb.
Hazırda Azərbaycan 19,312 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşır. 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. Sıralamaya İngiltərə (101,852) liderlik edir.
Qeyd edək ki, ümumilikdə Azərbaycan klubları bu həftə 0.750 əmsal qazanıblar. Daha əvvəl Çempionlar Liqasında "Sabah" TNS-ə, Konfrans Liqasında isə "Zirə" "Torpedo"ya qalib gəlib.