Xəbər lenti

Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var?
Siyasət 13:43 07.05.2022

Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var?

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->