Xəbər lenti

Azərbaycanın xilasediciləri 198 saatdan sonra dağıntılar altından 2 qardaşı sağ çıxardı (FOTO)
Ölkə07:29 14.02.2023

Azərbaycanın xilasediciləri 198 saatdan sonra dağıntılar altından 2 qardaşı sağ çıxardı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaşın xilas edilməsi ilə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".