Xəbər lenti

Azərbaycanın yüksək vəzifəli məmuru qəzaya düşdü, həkimlər həyatını xilas edə bilmədi
Ölkə06:42 03.08.2017

Azərbaycanın yüksək vəzifəli məmuru qəzaya düşdü, həkimlər həyatını xilas edə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.

"Qaynarinfo" "Report"-a istinadən xəbər verir ki,  iyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi "Hyundai" markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan "NİVA" markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az