Xəbər lenti

Azərbaycanla Gürcüstan arasında yeni keçid məntəqəsinə dair protokol imzalanacaq
Ölkə 19:29 13.10.2025

Azərbaycanla Gürcüstan arasında yeni keçid məntəqəsinə dair protokol imzalanacaq

Azərbaycan və Gürcüstan hökumətləri arasında "İpək yolu” birgə beynəlxalq avtomobil keçid məntəqəsi ilə bağlı protokol imzalanacaq.

APA xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Sənədə əsasən, protokol məntəqənin praktiki fəaliyyətini nəzərdə tutur.

Qeyd edək ki, "İpək yolu”– "Abreşumis qza” məntəqəsi 2022-ci ilin martında Azərbaycanla Gürcüstan arasında dövlət sərhədini keçmək üçün müəyyən edilmiş 6 buraxılış məntəqəsindən biridir. Bu məntəqə daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri kateqoriyasına aiddir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->