Xəbər lenti

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında qanun təsdiq edildi
Ölkə15:45 29.02.2016

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında qanun təsdiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sənəddə qeyd olunur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Müqavilə təsdiq edilsin".

Qaynar.info