
“Azərbaycandan əlavə həmcdə qazın alınmasına dair razılıq əldə olunub”.
Qaynar.info “Qruziya Online” saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, bu barədə razılıq Azərbaycana sonuncu səfəri zamanı əldə edilib:
“Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüm zamanı iki ölkə arasında gələcək əməkdaşlığı və ölkəmizin daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması məsələsini müzakirə etdik.
Faktiki olaraq razılığa gəlmişik. Belə ki, “Şahdəniz” yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq”.
Qeyd edək ki, SOCAR prezidenti R.Abdullayev ötən gün jurnalistlərə bildirib ki, əvvəl Gürcüstana satılan qazın 60%-i qışda, 40%-i isə yayda ötürülüb, indi isə 70% qışda, 30% yayda nəql olunacaq.
Qaynar.info