Xəbər lenti

Azərbaycanlı aktyor müflis oldu
Ölkə10:11 18.09.2016

Azərbaycanlı aktyor müflis oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Marketimin bağlanması ilə bağlı yayılan xəbərlər doğrudur". Bu sözləri əməkdar artist Əjdər Həmidov marketinin iş adamına görə bağlanması haqda axar.az-a danışarkən deyib. 
O, marketinin müflis olduğunu bildirib: "Amma kiməsə görə yox, sadəcə, artıq zərərə işləyirdi. Ona görə də özüm bağlanması haqda qərar verdim. Bu işdə market sahibi olan başqa adamların heç bir günahı yoxdur. Yayılan xəbərlər əsassızdır".
Qeyd edək ki, "Politika.az"da Əjdər Həmidova məxsus "Troy" supermarketinin bağlanmasına səbəb kimi iş adamı Rasim Nəbiyev göstərilib.
Qaynarinfo.Az