Xəbər lenti

Azərbaycanlı alim vəfat edib
Ölkə10:43 26.08.2013

Azərbaycanlı alim vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Folklorşünas alim, Gəncə Dövlət Universitetinin professoru Sədnik Paşa Pirsultanlı vəfat edib.
 
AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin APA-ya verdiyi məlumata görə, Sədnik Paşa Pirsultanlı Gəncədə ürək tutmasından dünyasını dəyişib.
 
Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. Qırxdan artıq kitabın müəllifi olan alim əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
 
2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin, Aşıq Şəmşirin, Xəstə Qasımın yaradıcılığının tədqiqatçısı kimi tanınıb.
 
Qaynar.info