Xəbər lenti

Azərbaycanlı alimə ABŞ-ın ən yüksək mükafatı verildi
Ölkə13:14 17.07.2014

Azərbaycanlı alimə ABŞ-ın ən yüksək mükafatı verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyada qeyri-səlis məntiq nəzəriyyəsinin ən güclü mütəxəssislərindən olan həmyerlimiz professor Rafiq Əliyev nüfuzlu elmi mükafata layiq görülüb.

Rafiq Əliyev ABŞ-ın ən yüksək elmi mükafatlarından olan “Lifetime achievement award” (Dünya elmində ömürlük nailiyyətə görə) mükafatına layiq görülüb.

Qaynar.info-nun məlumatına görə, professor Modern.az-a açıqlamasında bu hadisənin Azərbaycan elmi üçün yüksək nailiyyət olduğunu vurğulayıb: “Bu, çox yüksək mükafatdır. İki sahədə - elm və incəsənət sahəsində təqdim olunur. Məlumat üçün deyim ki, 2000-ci ildə bu mükafatı Lütfi Zadə alıb. Mükafat ömürlük elmi nailiyyətə görə verilir. Onu da qeyd edim ki, bu mükafat mənim 3 elmi fəaliyyətimə görə verilib. Birincisi, ən son nəzəriyyəm olan qərar qəbuletmə nəzəriyyəsi, ikincisi, qeyri-səlis məntiqin inkişafında görülən işlər, üçüncü səbəb isə soft-komputinq istiqamətində xidmətlərə görədir.”

Qaynar.info