Xəbər lenti

Azərbaycanlı alimlərdən dünyanı dəyişə biləcək ixtira – VİDEO
Ölkə06:02 24.05.2016

Azərbaycanlı alimlərdən dünyanı dəyişə biləcək ixtira – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlərimiz yeni ixtiraya imza atıblar. 

Qaynarinfo.Az “Xəzər Xəbər“ə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər. 

Üstəlik bu qurğu vasitəsilə alınan qaz məişətdə istifadə etdiyimiz metan qazından bir çox parametrlərinə görə üstündür.

Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. Özü də dəniz suyu kimi tükənməz xammaldan.

Prosesə uyğun alınmış qaza şərti olaraq “Hidroqaz” adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan “Metan” qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımdan daha təmizdir.

Məsələn, “Metan” qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda, “Hidroqaz”la bu proses rahatlıqla həyata keçirilir.

Qaynarinfo.az