Xəbər lenti

Azərbaycanlı arvadını çəkiclə döydü - VİDEO
Ölkə07:22 21.11.2013

Azərbaycanlı arvadını çəkiclə döydü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtın 9-cu mikrorayonunda ər arvadının başına çəkiclə zərbələr endirib.

Qaynar.info
APA TV-yə istinadən verdiyi məlumatına görə, Həmidov Vüqar Ağalar oğlu həyat yoldaşı Həmidova İlahə Pənah qızına 6-7 çəkic zərbəsi ilə ağır bədən xəsarətləri yetirib. İstintaqın məlumatına görə, hadisəyə Vüqar Həmidovun qayınanası ilə mübahisəsi səbəb olub. İlahə Həmidova da mübahisəyə müdaxilə edib və anasına dəstək verib. Bundan hirslənən Vüqar çəkiclə arvadını vurğmağa başlayıb. Amma ər və arvad arasında münaqişənin kökləri daha əvvələ gedib çıxır
 
APA TV-nin xəbərinə görə, Vüqar Həmidov hadisəni tamam başqa cür izah edir. Onun sözlərinə görə, neçə illərdir spirtli içki qəbul etmir və arvadı ilə çox mehriban dolanırlarmış. Amma evində qaldıqları qayınanası onların bu mehriban münasibətlərini korlamağa çalışırmış. Hadisə baş verən gün də hər şey xırda mübahisədən başlayıb.
 
Vüqarın dediyinə görə, bundan sonra yataq otağına keçib və oğlunun yanında uzanıb.
 
İndi 31 yaşlı Vüqar Həmidov nə qədər peşiman olsa da, artıq gecdir. İbtidai istintaqın araşdırmalarından sonra onun əməlinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə tövsif olunacağı dəqiqləşəcək. Vüqarı həyat yoldaşını öldürməyə cəhdə qədər ağır ittihamlar gözləyir.

Qaynar.info