
Rusiyada azərbaycanlı kriminal avtoritet həbs olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Rusiyada qeyri-qanuni yaşayan 28 yaşlı, kriminal aləmdə “Ramin Gəncinski” ləqəbi ilə tanınan avtoritet adam öldürməkdə və bir sıra silahlı hücumlarda iştirakda ittiham olunur.
Polisin məlumatına görə, Gəncinski 2013-cü ilin martında Moskvada azərbaycanlı biznesmeni öldürməkdə günahlandırılır.
Kriminal avtoritetə qarşı cinayət məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.