Xəbər lenti

Azərbaycanlı azarkeşlərdən Gezi Parkına dəstək - YENİLƏNİB
Ölkə11:19 03.06.2013

Azərbaycanlı azarkeşlərdən Gezi Parkına dəstək - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyənin Bakıdakı səfirliyinin qarşısında futbol azarkeşlərinin Taksimdəki Gezi Parkındakı olaylara dəstək aksiyası keçirilib. 

Qaynar.info-nun məlumatına görə, saat 16:00-a təyin olunmuş aksiya polis tərəfindən dağıdılıb. Aksiyaya toplaşmış bir qrup gənc polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Hazırda aksiya iştirakçılarının Fəvvarələr Meydanına tərəf gedərək aksiyanı orada davam etdirəcəkləri bildirilir. 

__________

15:58

Azərbaycanlı "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" azarkeşləri, o cümlədən Azərbaycan futbol klublarının azarkeş qrupları Türkiyənin Azərbaycandakı səfirlikləri qarşısında aksiya keçirəcəklər.

Qaynar.info-nun məlumatına görə, aksiya İstanbulun Taksim meydanındakı Gezi Parkı olayları ilə bağlı olaraq leçirilir. 

Aksiya təşkilatçıları azarkeşlərdən gələrkən öz forma və şərflərini gətirmələrini və plakatlar hazırlamalarını istəyirlər. 

Qeyd edək ki, aksiya saat 16:00-da Türkiyə səfirliyinin qarşısında olacaq. 

Qaynar.info