Bəstəkar Gövhər Həsənzadə Azərbaycan mahnılarının əcnəbilər tərəfindən oğurlanmasında və anonim kimi təqdim edilməsində yerli müğənniləri günahlandırıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, G.Həsənzadə açıqlamasında sənətçilərdən şikayət edib:
“Xarici müğənnilər mahnılarımızı oğurlayırlar, bəstəkarın adını qeyd etmirlər. Heç olmasa, vətənimizin adını da yazmırlar. Bu gün mənim mahnımın xaricdə anonim kimi təqdim edilməsinin tək günahkarı öz müğənnilərimizdir. Çünki mahnıları “Youtube”a yerləşdirəndə müəllifin adını yazmırlar. Ancaq öz adlarını qeyd edirlər”.